Bloq

Ayda neçə kq çəki atmaq olar?

Şirzad İsmayılov
Şirzad İsmayılov01.06.2026
Ayda neçə kq çəki atmaq olar?

Arıqlamağa qərar verən bir insan tez nəticə istəyir. Lakin sürətli arıqlamaq sağlam deyil. Bu yazıda sürətli kilo itkisinin zərərləri və ayda neçə kilo arıqlamaq lazım olduğu barədə danışacayıq.

Hormon balansınız pozular. Az kalori bədənin enerji mexanizmlərini dayandırır, bəzi orqanlar zəif işləməyə başlayır. Yağ hormonlarda əsas rol oynayır. Sürətli arıqlama cinsi istək itkisinə, yuxu və həzm problemlərinə yol açır.

Vitamin və mineral çatışmazlığı. Az yemək vitamin, mineral, zülal və yağ qəbulunu azaldır. Bu — əzələ itkisi, yorğunluq, sancılar və orqan funksiyalarının pozulmasına səbəb olur.

Depressiya yarada bilər. Aşağı kalori bədəni stresə salır, bu da beyindəki biokimyəvi prosesləri pozur. B12, D vitamini və folik turşusu çatışmazlığı sinir xəstəliklərinə yol açır.

Digər zərərlər: saç tökülməsi, dırnaq problemləri, əsəb sistemi pozğunluqları, sümük problemləri, metabolizmin pozulması, qəbizlik, dehidrasiya və zehni qabiliyyətlərin azalması.

Sürətli arıqladıqdan sonra köhnə vərdişlər qalır və çəki qayıdır. Sağlam arıqlamaq üçün yavaş və davamlı arıqlamaq lazımdır.

Xəstəliklərə nəzarət mərkəzi (CDC) həftəlik 500-1000 q itki tövsiyə edir — ayda 2-4 kq. Çox kilolu (BKİ 30-dan çox) insanlar ayda 4-8 kq itirə bilərlər çünki onların kalori ehtiyacı və kilo itkisi meyli daha yüksəkdir.

Sağlam və təbii arıqlamaq istəyirsinizsə mənimlə əlaqə saxlayın. Digər yazılarımızı oxumaq üçün bloqlar bölməmizə keçid edə bilərsiniz.