Bloq

Çəki atmaq istəyirəm. Nə edim?

Şirzad İsmayılov
Şirzad İsmayılov01.06.2026
Çəki atmaq istəyirəm. Nə edim?

Çəki atmaq üçün bilməli olduğunuz bir neçə vacib nüans var. Ən vacib məsələ düzgün qidalanma üsulunu tapmaqdır. Sistematik və planlı qidalanma şərtdir.

Düzgün çəki atmaqda ən vacib şey davamlılıqdır. Araşdırmalar göstərir ki, qısa müddətli sürətli arıqlama proqramları uğursuz olur. Çünki proqram bitdikdən sonra insanlar köhnə vərdişlərinə qayıdır.

İkinci məsələ — proqram tamamilə sağlam olmalıdır. Sizə hər şeyi yeməyi vəd edən proqramdan uzaq durun. Bəzi qidalar sağlam deyil.

Sağlam qidalanma nədir? İnsan orqanizmi karbohidratlar, zülallar və yağlar (makroelementlər) və vitaminlər və minerallar (mikroelementlər) tələb edir. Bütün bunlar bədənin sağlam fəaliyyəti üçün vacibdir.

Sağlam qidalanma fərdi olaraq hazırlanmalıdır. Hər kəsin bədən quruluşu, yaşı, cinsi və sağlamlıq vəziyyəti fərqli olduğu üçün universal siyahı yoxdur. Peşəkar fərdi plan tələb olunur.

Sağlam arıqlamaq üçün proqrama qoşulmaq üçün mənimlə əlaqə saxlayın. Başlayın ki, yarımçıq qalmayın!