Düzgün qidalanmanın mahiyyəti

Bir çoxları şərhlərdə və şəxsi ismarıclarda bizim müştərilərimizə tövsiyə etdiyimiz qida rasionu haqqında sual verirlər.
Siz məndən eksklüziv pəhrizlər, monopəhrizlər (bütün gün ərzində bir məhsul) və ya ac qalma tövsiyələri eşitməyəcəksiniz. Mən balanslaşdırılmış qidanın tərəfdarıyam — kilokaloriləri, zülal, yağ və karbohidratların miqdarını hesablayıram.
Bu prinsip müştərilərə rahat şəkildə, orqanizmə zor tətbiq etmədən, sürəkli zaman ərzində kiloqram-kiloqram piy atmağa imkan verir.