Bloq

Ödəm nədir? Ödəmi bədəndən necə atmaq olar?

Şirzad İsmayılov
Şirzad İsmayılov01.06.2026
Ödəm nədir? Ödəmi bədəndən necə atmaq olar?

Ödəm çox insanın şikayət etdiyi əsas problemlərdən biridir. Səhər tezdən üzdə şişkinlik, ayaqqabının və üzüyün əyninə olmaması ödəmin nəticəsidir. Bədəndə toplanan normadan artıq ödəm həyat keyfiyyətimizə təsir edir və bizi olduğumuzdan daha çəkili göstərir.

Ödəm bədənimizin toxumalarında yığılan normadan artıq sudur. İltihab, zədələnmə, infeksiya, stres və yanlış qidalanma zamanı bədən ödəm tutmağa başlayır. Ödəm ən çox əl, üz, ayaq və qarın bölgələrində toplanır.

Normadan çox duz qəbulu ödəm yaradan ən əsas amildir. Duzun tərkibindəki natrium ödəmə səbəb olur. 1 qram artıq duz bədəndə 250-300 qram ödəm yarada bilir. Yalnız yeməyə əlavə etdiyiniz duzu deyil, qida tərkibindəki gizli duzu da nəzərə alın.

Yetərli mineral qəbulu olmadıqda hormonal balans pozulur və hüceyrələr su tutmağa başlayır. Yetərli kalium olmadığında bədən sodiumu saxlamağa başlayır və ödəm yaranır.

Qida intoleransı ödəm yaradır. Bədən gluten və laktoza kimi qidalara qarşı intolerans göstərə bilər. Çay və qəhvənin tərkibindəki kofeinə intolerans, alkoqol istifadəsi də ödəm yaradır.

Fiziki aktivliyin azlığı, stres və yetərsiz yuxu kortizol ifrazını artırır və bədəndə su saxlanmasına səbəb olur. Bəzi dərmanlar — tiroid, qan təzyiqi, iltihab əleyhinə dərmanlar, steroid və estrogen hormonları — ödəm yarada bilir.

Gizli duz mənbəyi olan qidalar: Zeytun (3,5-5 q), Pendir (3,5-7 q), Çips (6,5-8 q), Kolbasa-Sosiska (3,5-7 q), Turşu (3,5-4 q), Ketçup (2-3 q), Çörək (1,2-2,5 q) — 100 qram məhsulda duz miqdarı.

Ümumdünya Səhiyyə Təşkilatı gündəlik 5 qr (1 çay qaşığı) duz tövsiyə edir, natrium isə 2000 mq-dan az olmalıdır. Gündəlik kalium ehtiyacı isə 4500-5000 mq arasındadır.

Ödəm əleyhinə qidalar: cəfəri, itburnu çayı, ananas və xiyar. Cəfərini sadəcə yuyub yeyə bilərsiniz.

Ödəm atan çay resepti 1: 1 litr qaynar suya 1 dəstə cəfəri, 1 fındıq boyda zəncəfil, 2 darçın çubuğu, 1 limon, yaşıl alma əlavə edib 5 dəqiqə qaynadın və süzün.

Resept 2: Albalı saplı yaşıl çay — 1 qırmızı alma, 1 limon, 10-15 albalı sapı, 10-15 cəfəri sapı, 5-6 mixək, 2 çimdik yaşıl çay. Qaynar suya əlavə edib 5 dəqiqə qaynadın.

Ödəm və artıq çəki ilə bağlı problem yaşayırsınızsa mənə müraciət edə bilərsiniz. İlkin konsultasiya PULSUZDUR.