Bloq

Ofis həyatında kökəlməmək üçün nələr etməliyik?

Şirzad İsmayılov
Şirzad İsmayılov01.06.2026
Ofis həyatında kökəlməmək üçün nələr etməliyik?

Oturaq iş həyatı və ofisdə yeyilən sağlıqsız yeməklər — köklük, qarın ətrafında yığılan piylənmə və bəzi xəstəliklərə yol açır. Bu səbəbdən ofisdə işləyənlərin kökəlməmək üçün diqqət etməli məqamlar var.

Sıx iş tempində qidalanma ikinci plana atılmamalıdır. Yeməkləri normasında yemirsinizsə, qan şəkəri düşür və digər yeməklərdə həddindən artıq yeyirsiniz. Gün ərzində bir neçə dəfə qidalanın. Yeməklər arasında quru meyvə, qatıq və kəsmik qan şəkərini tarazlayır.

Səhər yeməyi günün ən vacib yeməyidir. Səhər yeməyi yemədən evdən çıxmısınızsa, ofisdə sağlam qidalanın. Yolüstü alınan un məmulatları, şirniyyat və konfet yorğunluq və yuxululuğa səbəb olur.

Sağlam səhər yeməyi yumurta, pendir, zeytun, kəpəkli çörək, pomidor, xiyar və göyərti ilə hazırlanmalıdır. Vaxt yoxdursa, 1 meyvə + qara çörək + az yağlı ağ pendir və ya kəsmik kifayətdir.

Gününüzə qəlyanaltı əlavə edin. Nahara qədər və axşam yeməyinə qədər 2 dəfə qəlyanaltı hazırlanmalıdır. Təzə və qurudulmuş meyvələr, fındıq, qoz, kəsmik, qatıq idealdır.

Nahar yeməyinizi mütləq yeyin. Qızardılmış və xəmir yeməklər yerinə qaynadılmış, sobada bişmiş və ya kabab şəklində ət, toyuq, balıq yeyin. Bolca salat, ağ çörək əvəzinə qara çörək.

Gün ərzində 2,5-3 litr su için. Suya limon və nanə əlavə edə bilərsiniz. Qısa gəzintilər metabolizmi dəstəkləyir.

Artıq çəki problemi yaşayırsınızsa mənə müraciət edə bilərsiniz. İlkin konsultasiya ödənişsizdir.