Qarın əritməyin ən effektiv yolları-100% nəticə

Qarın bölgəsində yağlanma çox insanın bəlasıdır. Aşağıdakı 7 üsul elmi araşdırmalara əsaslanır və qarın piylərini əritməkdə effektiv olacaq.
1) Yüksək zülallı və aşağı karbohidratlı qidalardan istifadə edin. Zülal əzələlərinizin inkişafına və maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Karbohidrat (düyü, makaron, çörək, bulqur) artıqlığı yağ kimi depolanır. Gündəlik zülal norması: kişilər üçün 1,5 q/kq, qadınlarda 1,2 q/kq.
2) Şəkər və tərkibi dəyişdirilmiş qidalardan uzaq durun. Şirniyyat, qazlı içkilər və paketlənmiş qidalardakı kimyəvi əlavələr orqanizm üçün ciddi təhlükədir.
3) Gün ərzində bir dəfə ağartı məhsulu (xüsusilə qatıq) yeyin. Kalsium lipaz enzimini aktivləşdirir və yağ yandırmağı sürətləndirir. Evdə hazırlanan qatıq və pendir ideal seçimdir. Light qatıqlardan istifadə etməyin.
4) Yüksək lifli qidalar əlavə edin. Meyvə, tərəvəz, salat və paxlalı qidalar. Lifli qidalar gec həzm olunduğu üçün uzun müddət tox saxlayır və yağ yandırmağı sürətləndirir.
5) Gün ərzində 2 litrdən çox su için (1 litri darçınlı olsa daha əla). Su normasını qarşılayan şəxslərin maddələr mübadiləsi 5% daha sürətlidir. Darçın qan şəkərini tənzimləyir. 1 litr suya 1 çubuq darçın kifayətdir.
6) Pəhrizinizi idmanla dəstəkləyin. Gündəlik 30-50 dəqiqəlik gəzinti də olar. İdman maddələr mübadiləsini sürətləndirir və insulin səviyyəsini aşağı salır. İnsulin yağ depolanmasına səbəb olan hormondur.
7) Sağlam qidalanmanı həyat tərzinə çevirin. Sağlam qidalanmanı həyatınızın 70-80%-də tətbiq edin, qalan 20-30%-də istədiklərinizi yeyin. Bu yanaşma davamlıdır və çəkinizi qaytarmaz.
Əgər tək başına bunu edə bilmirsinizsə, qida planı və nəzarət lazımdırsa — mənimlə əlaqə saxlayın və qalıcı, sağlam yolla çəki ata bilərsiniz.