Sağlam qidalanma, Zülal, Karbohidrat, Yağ haqqında hərşey

Sağlam qidalanma minimum bədənə ziyan verən, maksimum faydalı olan qidalanma növüdür. İnsan orqanizmi zülal, karbohidrat, yağlar, su, qida lifləri, vitamin və mineral olmadan normal yaşamını davam etdirə bilməz.
Zülal bədənin əsas qurucu elementidir. Orqanlar, sümüklər, əzələlər və qan zülal amino turşularından ibarətdir. Gündəlik fəaliyyəti zəif olanlar üçün norma 1-1,2 q/kq, aktiv idmançılar üçün 1,2-1,6 q/kq. Zülalı gün ərzində bir neçə hissəyə bölün.
Karbohidratlar əsas enerji mənbəyidir. Sadə karbohidratlar (qlikemik indeksi yüksək) qana sürətlə qarışır və yağa çevrilir. Çətin karbohidratlar yavaş həzm olunur və enerjiyə çevrilir. Bizə lazım olan çətin karbohidratlardır.
Karbohidrat miqdarı aktivliyə görə tənzimlənməlidir. Çəki atmaq istəyirsinizsə 1 q/kq, çəki yığmaq və aktiv idmançı isə 6-8 q/kq qəbul edə bilər.
Yağlar qurucu elementlərdəndir, cinsi hormonların təməlidir. Heyvan mənşəli zülallar (toyuq, dana, mal) sizə lazım olan doymuş yağı verir. Çəki atmaq istəyənlər az yağlı heyvan mənşəli zülallar seçməlidir.
Su bədənin 55-70%-ni təşkil edir. Gün ərzində yavaş-yavaş içilməlidir. Aktivliyi az olanlar üçün 28-31 ml/kq, aktiv idmançılar üçün 35-40 ml/kq tövsiyə olunur.
Kalori individual hesablanmalıdır. 1,70 boy, 90 kq, aktiv idmançı bir kişi çəki atmaq üçün 1400-1800 kkal, idman etmirsə 1200-1500 kkal qəbul edə bilər.
Nəticə: sağlam qidalanma kalorinin, qlikemik indeksin və suyun düzgün bölünməsi, zülal-karbohidrat-yağ balansıdır. Professional dəstək lazımdırsa mənə müraciət edin və SAĞLAM YAŞAMAĞA başlayın!