Sağlam qidalanmaq çox çətindir?

Sağlam qidalanmaq çətin deyil, əksinə çox-çox asandır! Xırdaçılığa ehtiyac yoxdur. "Sağlam qidalanmaq istəyirəm amma haradan başlayacağımı bilmirəm" deyənlər çoxdur. Sadəyə doğru gedin!
Təbiətdəki təbii nemətlərdən maksimum istifadə edin. Gündəlik çoxlu göyərti, tərəvəz və az miqdarda meyvə yeyin. Paxlalılar, yumurta, fəsil balıqları və mütləq ət istifadə edin.
Təbii tərəvəz yağları süfrənizdən əskik olmasın. Avokado və ya çiya toxumu kimi detallara ehtiyac yoxdur. Zeytun yağı və günəbaxan yağı kifayətdir. Ən sadə həmişə ən yaxşıdır.
Un və taxıl məhsullarını həyatımızdan çıxara bilsək həyat çox mükəmməl olar.
Sağlam qidalananda nə olur? İlk həftədə dəyişikliyi hiss edirsiniz. Daha enerjili və sağlam hiss edirsiniz, yuxu rejiminiz normala düşür, qəbizlik və qaz problemləri yox olur, çox yemək krizləriniz aradan qalxır.
Mənimlə öyrənəcəkləriniz 1 aylıq deyil — bütün həyatınız boyu istifadə edəcəyiniz biliklərdir. Sağlam və fit bir ömür yaşaya bilərsiniz!