Bloq

Sağlam yaşamaq üçün 10 məsləhət

Şirzad İsmayılov
Şirzad İsmayılov01.06.2026
Sağlam yaşamaq üçün 10 məsləhət

1. Yeməkləri qaçırmayın. Hər qaçırılmış yemək növbəti yeməyinizdə həddindən artıq yeməyinizə və zərərli qəlyanaltılar istifadə etməyinizə səbəb ola bilər.

2. Bol tərəvəz və göyərti yeyin. Tərəvəz və göyərti həm çəkiyə nəzarət edir, həm də sizi xərçəng və ürək-damar xəstəliklərindən qoruyur. Göyərtidəki liflər mədə-bağırsağın sürətli işləməsini təmin edir.

3. Yağ istifadəsini azaldın. Qatı yağlardan (marqarin, kərə yağı) uzaq durun, bitki yağlarına üstünlük verin. Gündə ən çox 3 xörək qaşığı bitki yağı istifadə edin. Qızartmaq əvəzinə soba, qaynama və buxar üsullarından istifadə edin.

4. Zülallardan daha çox istifadə edin. Zülal qurucu elementdir. Səhər, günorta və axşam zülal qəbul edin: yumurta, toyuq, qırmızı ət, balıq və paxlalılar.

5. Hazır qidalar və şirniyyatdan uzaq durun. Bunlar həm çəki artırır, həm də xəstəliklərə həssaslığı artırır. Sıfıra endirin.

6. Paxlalı və lifli qidalardan daha çox istifadə edin. Saf şəkər və təmizlənmiş un əvəzinə paxlalılar (noxud, mərci, lobya), lifli dənələr, təzə və quru meyvələri seçin. Ağ düyü yerinə qəhvəyi düyü, ağ çörək yerinə çovdar çörəyi.

7. Gündə 2-2,5 litr su için. Su həyat üçün oksigendən sonra ən vacib elementdir. Bədən istiliyinin tarazlaşdırılması və zəhərlərin atılması üçün vacibdir.

8. Alkoqol içirsinizsə azaldın. Viski, konyak və vodka kimi sərt içkilər pivə və şərabdan daha kalorilidir. Alkoqol boş enerjidir və yağ kimi qayıdır. Yanındakı qoz-fındıq və cips də son dərəcə kaloridir.

9. Səhər-axşam yürüyüş edin. Sağlam həyat tərzində yürüyüş şərtdir. Gündə 1 saat yürüyüş metabolizmi sürətləndirir və kalori atmağa kömək edir.

10. Marketə ac getməyin! Aclıq sizə siyahıdan kənar qərarlar verdirir. Bu detal qidalanmanın birinci addımıdır və cibinizdə də pul qalır.

Sağlam qidalanma və arıqlama haqqında ətraflı məlumat üçün mənə müraciət edə bilərsiniz. Gün bu gündür!