Bloq

Şəkəri tərgitməyin yolları

Şirzad İsmayılov
Şirzad İsmayılov01.06.2026
Şəkəri tərgitməyin yolları

Şəkər asılılığı ciddi problemdir. Şəkərin zərərlərini hamı bilir, lakin yenə də şəkərli içki və qidaları istifadə edirlər. Bu yazıda şəkəri tərgitməyin yollarını izah edirəm.

Diqqət edin: qeyd etdiyim yollar təklikdə effektiv deyil. Ən məntiqlisi fərqli metodları doğru zamanda tətbiq etməkdir.

Qidaların şəkər tərkibini öyrənin. Aldığınız məhsulların etiketlərini oxuyun. 100 q məhsulda karbohidrat, zülal, yağ və şəkər miqdarı qeyd olunur. Maraqlı fakt: cola ilə alma suyunun şəkər miqdarı demək olar ki, eynidir!

Light qidalara diqqət edin. Light məhsullarda yağ azaldığına görə dad pisləşir, bu da şəkər əlavə etməklə ört-basdır olur. Normal qatıqda 5% şəkər var, light qatıqda 15%.

Çəki atmağa fokuslanmayın. Şəkər asılılığı və obezlik bir-biri ilə bağlıdır, lakin eyni anda öhdəsindən gəlmək çətindir. Şəkəri tərgidirkən paralel pəhrizə başlamayın — bezirsiniz.

Uzunmüddətli düşünün və özünüzlə barışıq olun. Səhv etsəniz özünüzü cəzalandırmayın. Araşdırmalar göstərir ki, özünü bağışlayanlar iradələrinə daha çox sahib çıxırlar.

Sağlam qidalanma və sağlam çəki atmaq istəyirsinizsə mənə müraciət edə bilərsiniz. Mənimlə birlikdə yüzlərlə şəxs öz istədiyi çəkiyə sahib olub. Niyə sən də olmayasan?